Əli Kərimli REAL rəhbərliyi ilə görüzüb

img

15-02-2013 [01:33]


AXCP sədri Əli Kərimli fevralın 14-də REAL-ın Məclis sədri Erkin Qədirli və icra katibi Natiq Cəfərli ilə görüşüb. Görüş təşkilatın qərargahında olub. Bu barədə Əli Kərimli öz özünün Facebook səhifəsində məlumat paylaşıb. AXCP sədri yazıb ki, REAL-ın qərargahına getməkdə məqsədi təşkilatın qanunsuz həbs olunmuş sədri İlqar Məmmədova və bütövlükdə təşkilata öz mənəvi-siyasi dəstəyini ifadə etmək olub. ?İndi artıq dövlət rəsmiləri də etiraf edir ki, İsmayıllıda baş verənlərə görə yerli icra hakimiyyəti məsuliyyət daşıyır. Bu halda İlqar Məmmədovun, Tofiq Yaqublunun və digər İsmayıllı məhbuslarının həbsdə saxlanılması absurddur. Çay süfrəsi arxasında müxalifətin daha geniş çevrəsinin əməkdaşlığına necə nail olmaq mövzusunda da pozitiv müzakirələrimiz oldu. Sonda razılaşdıq ki, müzakirə və təmaslarımız davamlı olsun?, - deyə AXCP sədri yazıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA