Daxili izlər Nazirli Hafiz Hacıyevə xəbərdarlıq etdi

img

13-02-2013 [04:36]


Müasir Müsavat Partiyasının sədri Daxili İşlər Nazirliyinə çağırılıb. Bu barədə APA-ya açıqlamasında DİN-in mətbuat xidmətinin rəisi, polis polkovniki Sadiq Gözəlov məlumat verib. Onun sözlərinə görə, Kütləvi İnformasiya Vasitələrində yazıçı Əkrəm Əylislinin sağlamlığına zərər yetirməsi barədə etdiyi çağırışla əlaqədar Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev fevralın 12-də Daxili İşlər Nazirliyinə dəvət olunub: ?Ona cinayətin törədilməsinə sövq edən çağırışının hüquqi nəticələri izah olunub və baş verə biləcək hər hansı qanuna zidd əmələ görə cinayətin təhrikçisi kimi məsuliyyət daşıyacağı haqda rəsmi xəbərdarlıq edilib?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA