Nəsimi məhkəməsi bu gün ilqar Məmmədovun zikayətinə baxacaq

img

13-02-2013 [12:46]


?Bu gün Nəsimi rayon məhkəməsində REAL hərəkatının sədri İlqar Məmmədovun qanunsuz tutulması ilə şikayətə baxılacaq? Bu barədə Modern.az-a İlqar Məmmədovun vəkili Fuad Ağayev məlumat verib. Onun sözlərinə görə, REAL hərəkatının sədri İlqar Məmmədovun qanunsuz həbs olunması ilə şikayətə edilib. Bu gün həmin şikayətə baxılacaq. Xatırladaq ki, Müsavat partiyası sədrinin müavini Tofiq Yaqublu və REAL Hərəkatının həmsədri İlqar Məmmədov yanvarın 24-də İsmayıllıya gedərək rayon sakinləri arasında polisə müqavimət göstərmək, heç kimə tabe olmamaq, nəqliyyat vasitələrinin yolunu bağlamaq kimi ictimai-siyasi sabitliyin pozulmasına yönələn çağırışlar ediblər. T.Yaqublu və İ.Məmmədov barəsində 2 aylıq həbs-qətimkan tədbirini fevralın 4-də Nəsimi Rayon Məhkəməsi seçib. Onlar Cinayət Məcəlləsinin 233-cü və 315.2-ci maddələri ilə ittiham olunurlar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA