Oqtay Əsədov Pakistanda Laricani ilə görüzüb

img

12-02-2013 [01:13]


Azərbaycan və İran parlamentlərinin spikerləri Oqtay Əsədov və Əli Laricani görüşüblər. Modern.az-ın "Fars News" agentliyinə isitinadən verdiyi xəbərə görə, Pakistanda baş tutan görüşdə parlament sədrləri Tehranla Bakı arasında ziddiyyət yaratmağa çalışanlara qarşı sayıq olmağın vacibliyini qeyd ediblər. İslamabadda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Parlament Assambleyasının iclasının kuluarlarında baş tutan görüşdə tərəflər iki ölkə arasında ikitərəfli münasibətlərin və qarşılıqlı əlaqələrin genişləndirilməsi imkanlarını müzakirə ediblər. Laricani və Əsədov qeyd ediblər ki, İran və Azərbaycanın dostluq əlqələrindən narazı olan və onların yaxınlaşmasına və həmrəyliyinə mane olan bir sıra ölkələr mövcuddur. Azərbaycan parlamentinin spikeri İran və Azərbaycanı ümumi dəyərlərə malik qardaş ölkə adlandırıb. "Mən bəzi adamların bizim əlaqələrimizin genişlənməsindən narazı olması barədə sözlərinizi qəbul edirəm, ona görə də biz ayıq olmalıyıq", - O.Əsədov bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA