Azərbaycanın birinci xanımı səfirlə görüzüb

img

11-02-2013 [10:16]


Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyeva fevralın 11-də Türkiyənin ölkəmizdəki səfiri İsmayıl Alper Coşkunla görüşüb. Azərbaycanın birinci xanımı qonağı salamlayaraq dost və qardaş ölkənin səfiri ilə görüşdən məmnunluq duyduğunu bildirib. Mehriban Əliyeva qeyd edib ki, Azərbaycan ilə Türkiyə arasındakı münasibətlər qardaşlıq və dostluğa əsaslanmaqla bütün sahələri əhatə edir. Azərbaycanın birinci xanımı Heydər Əliyev Fondunun iki ölkə arasındakı əlaqələrin inkişafına verdiyi töhfəni də vurğulayaraq deyib ki, Fond Türkiyə hökuməti ilə birgə bir sıra uğurlu layihələrə imza atıb. Səmimi qəbula görə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya minnətdarlıq edən Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşkun beş aydır ki, ölkəmizdə səfir kimi fəaliyyət göstərdiyini söyləyibr. Səfir vurğulayıb ki, Azərbaycandakı fəaliyyəti dövründə mövcud dostluq və qardaşlıq münasibətlərinin daha da dərinləşməsi üçün bütün qüvvəsini sərf edəcək. Görüşdə, həmçinin 2013-cü ildə Heydər Əliyev Fondu ilə səhiyyə, mədəniyyət və birgə sahələrdə həyata keçiriləcək layihələr haqqında müzakirələr aparılıb, Türkiyədə fəaliyyət göstərən fondlarla müştərək işin zəruriliyi önə çəkilib. Həmçinin, Azərbaycanın dünyada, o cümlədən Türkiyədə təbliğinin daha da gücləndirilməsinin yolları barədə fikir mübadiləsi edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA