ilqar Məmmədov Avropa Məhkəməsinə müraciət etməyə hazırlazır

img

11-02-2013 [02:58]


?REAL hərəkatının həmsədri İlqar Məmmədov yaxın günlərdə Avropa İnsan Haqları Məhkəməsinə müraciət edəcək?. Bunu Modern.az-a İlqar Məmmədovun vəkili Fuad Ağayev məlumat verib. O, bildirib ki, İlqar Məmmədovun şikayəti üzrə Apelyasiya Məhkəməsində vəsatətlər rədd edilib. Odur ki, yaxın günlərdə o, Avropa İnsan Haqları Məhkəməsinə müraciət edəcək. Fuad Ağayevin sözlərinə görə, İlqar Məmmədov saxlanma şəraitindən narazı deyil. Xatırladaq ki, Nəsimi Rayon Məhkəməsi T.Yaqublu və İ.Məmmədovu İsmayıllı hadisələrində təqsirli bilərək, onların barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçib. Onlar Cinayət Məcəlləsinin 233-cü və 315.2-ci maddələri ilə ittiham olunurlar. Baş Prokuroluğun rəsmi açıqlamasına görə, Müsavat Partiyası sədrinin müavini Tofiq Yaqublu və REAL Hərəkatının həmsədri İlqar Məmmədov yanvarın 24-də İsmayıllıya gedərək rayon sakinləri arasında polisə müqavimət göstərmək, heç kimə tabe olmamaq, nəqliyyat vasitələrinin yolunu bağlamaq kimi ictimai-siyasi sabitliyin pozulmasına yönələn çağırışlar ediblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA