ilqar Məmmədovun məhkəməsi bazlayır

img

08-02-2013 [12:54]


Fevralın 8-də Bakı Apelyasiya Məhkəməsində REAL Hərəkatının sədri İlqar Məmmədovla bağlı məhkəmə iclası başlayıb. Məhkəmə qapalı keçirilir. Kütləvi informasiya vasitələrinin işçiləri, eləcə də İlqar Məmmədovun ailə üzvləri, yaxınları da iclas otağına buraxılmayıblar. İlqar Məmmədovun vəkili Xalid Bağırov AzadlıqRadiosuna deyib ki, İlqar Məmmədovla bağlı məhkəmə prosesi saat 15-dək təxirə salınıb. Onun sözlərinə görə, Nəsimi rayon məhkəməsi vəkillərin qeydlərini araşdırmadan işi Bakı Apelyasiya Məhkəməsinə göndərib. Vəkil işin yenidən Nəsimi rayon məhkəməsinə göndərilə biləcəyini istisna etməyib. Fevralın 4-də İlqar Məmmədov və Müsavat başqanının müavini Tofiq Yaqublu haqqında 2 aylıq həbs qətimkan tədbiri seçilib. Onlar Cinayət Məcəlləsinin 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət və ya zor tətbiq etmə) maddələri ilə təqsirləndirilir. Hüquq-mühafizə orqanları bildirir ki, İlqar Məmmədov və Tofiq Yaqublu yanvarın 24-də İsmayıllıya gedərək rayon sakinləri arasında polisə müqavimət göstərmək, heç kimə tabe olmamaq, nəqliyyat vasitələrinin yolunu bağlamaq kimi ictimai-siyasi sabitliyin pozulmasına yönələn çağırışlar edib. Hər ikisi ittihamları rədd edir. Günahları sübuta yetirilərsə onları 3 ildən 7 ilədək həbs gözləyir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA