AFFA "danızılmız oyunlar"ı arazdırır

img

08-02-2013 [12:37]


UEFA 27 may 2011-ci il tarixli sirkulyar məktubuna əsasən Avropa miqyasında üzv Assosiasiyalarda danışılmış oyunlara qarşı mübarizə aparmaq üçün nümayəndələrdən ibarət şəbəkə yaratmışdır. Bu şəbəkənin yaradılmasının əsas məqsədi danışılmış oyunların qarşısının alınmasıdır. ANS PRESS-in AFFA-ya istinadən verdiyi xəbərə görə, UEFA 2012-ci ildən etibarən danışılmış oyunlarla bağlı mübarizə işinə nəzarəti gücləndirmiş və üzv olan 53 Assosiasiyada nəticəsi şübhə doğuran oyunları yoxlamağa başlamışdır. Bu layihə çərşivəsində AFFA müxtəlif mənbələrdən daxil olan məlumatlara uyğun olaraq şübhəli oyunların araşdırılmasını həyata keçirir və bununla bağlı UEFA ilə məlumat mübadiləsi aparır. Son zamanlar AFFA-ya daxil olmuş məlumatlara əsasən Topaz Premyer Liqasının növbəti turlarında keçiriləcək bəzi oyunların ?danışılmış oyunlar? kateqoriyasına daxil olması ehtimal olunur. Eyni zamanda, oyunların nəticələrinin əvvəlcədən müəyyənləşdirilməsində bəzi futbolçuların iştirakı da ehtimal olunur. Bu məlumatı nəzərə alaraq AFFA bu oyunları diqqətlə izləmək üçün Apellyasiya və Ekspert Komitəsinin nəzdində futbol mütəxəssislərindən ibarət xüsusi qrup yaratmışdır. Bu qrup həmin oyunları diqqətlə izləyəcək və AFFA-nın Apellyasiya və Ekspert Komitəsinə hesabat təqdim edəcək. Qrup üzvlərinin hesabatı əsasında oyunların nəticələrinin şübhəli olub-olmaması faktı müəyyənləşdiriləcək. UEFA-nın tələblərinə əsasən qrupun fəaliyyəti konfidensial xarakter daşıyır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
19:16 10.03.2026

İsrafçılıq və ehtiyac

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA