"Simurq" bərabərə qaldı, "Rəvan" qalib gəldi

img

10-02-2013 [04:45]


Azərbaycan Premyer-Liqasında növbəti oyunlara start verilib. ?Kəpəz? ? ?Neftçi? oyunundan sonra meydana ?Rəvan? və ?Turan? komandaları çıxıb. Oyun 2:0 hesabıyla "Rəvan"ın xeyrinə başa çatıb. Qolları Adamoviç (36) və Mindauqas (78) vurublar. [b]?Turan?la oyundan sonra ?Rəvan?ın baş məşqçisi Ramil Əliyev[/b] deyib ki, turnir cədvəlində tutduqları mövqe onları qələbəyə oynamağa sövq edib: ?Turnir cədvəlindəki vəziyyətimiz qələbəyə oynamağa məcbur edir. Bu günkü oyunda nəticə üçün oynayırdıq. Qələbə qazandığımız üçün şadam. Bəzi səhvlər var ki, bunları aradan qaldırmağa çalışacağıq. Çempionatda zəif rəqib yoxdu. ?Turan? yaxşı oyun göstərdi. Qələbəni azarkeşlərimizə həsr edirik?. [b]?Turan?ın baş məşqçisi Əfqan Talıbov[/b] isə məğlubiyyəti meydan və digər amillərlə bağlayıb: ?Bir tərəfdən Premyer Liqanın başlanmasına sevinirik, digər tərəfdən isə problemlərimiz var. Məğlubiyyətdə səbəbi araşdırmağa vaxt yoxdu. Meydan amili bu gün böyük rol oynadı. Hazırlıq vaxtı süni meydançada oyun keçirmədik. Qış fasiləsində heyətdən 8 nəfər getdi, gecə-gündüz çalışmalıyıq ki, onların yerini dolduraq. Sadə epizodlardakı səhvlər məğlubiyyətə gətirib çıxardı?. Digər qarşılaşma isə AZAL-la çempionatın ikinci pilləsində qərarlaşmış ?Simurq? komandası arasında baş tutub. ?Simurq? 2-ci dəqiqədə Popoviçin qolu illə önə çıxsa da, üstünlüyünü sonadək qoruya bilməyib. Ev sahibi ?Təyyarə?çilər ikinci hissədə bərabərliyi təmin ediblər. Oyunun 55-ci dəqiqəsində Nildo tarazlığı bərpa edib - 1:1. Bərabərlikdən sonra ?Simurq? oyun üstünlüyü ilə hələlik ilk pilləyə yerləşib. ?Simurq?la eyni xalı (34) bölüşən ?İnter? fevralın 11-də ?Xəzər-Lənkəran?la oyundan məğlub ayrılarsa, o zaman liderliyini tövbəti tura qədər itirəcək. [b]?Simurq?un baş məşqçisi Georgi Çixradze[/b] oyundan sonra deyib ki, hər iki komandaya xallar lazım olduğundan maçt çətin keçib. Bundan əlavə, Rasim Ramaldanovun meydandan qovulmasının da oyunlarına təsir etdiyini bildirib: ?Oyunumuzu müdafiədən qurduq, rəqibi əks-hücumda tutmaq istəyirdik. Futbolçumuzun qırmızı vərəqə alması işimizi çətinləşdirdi. Lakin komanda sona kimi mübarizə apardı. Bizim üçün hər oyun vacibdi. Yeni transfer Tomislav Buşiç komandaya gec qoşuldu, tam uyğunlaşandan sonra daha yaxşı oynayacağına inanıram?. [b]AZAL-ın baş məşqçisi Vaqif Sadıqov[/b] isə sonadək mübarizə aparmaq məcburiyyətində olduqlarını bildirib: ?İlk ?altılığ?a düşmək üçün mübarizə aparmalıyıq. Komanda oynayır, qol epizodları yaradır, lakin bundan istifadə edə bilmir. Üstünlüyü qola çevirmək üçün futbolçularımızda ustalıq çatışmır?. Vaqif Sadıqov deyib ki, hələki ümidlərini itirməyiblər: ?Kobud səhvdən qapımızda qol gördük. Rəqibə əks-hücumlarda çox imkan verdik. Son tura kimi ümidimiz var. Qarşıdakı dörd oyunda ancaq qələbəyə oynayacağıq?. [b]Digər üç oyun fevralın 10-11-də baş tutacaq:[/b] 10 fevral: ?Bakı? - ?Sumqayıt? ?Qəbələ? ? ?Qarabağ? 11 fevral (bazar ertəsi) ?Xəzər-Lənkəran? ? ?İnter?

Digər xəbərlər
SON XƏBƏRLƏR
19:16 10.03.2026

İsrafçılıq və ehtiyac

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA