ilham Əliyev: "Bu, doğrudan da tarixi bir gündür, böyük nailiyyətdir, dövlətimizin böyük qələbəsidir"

img

08-02-2013 [12:34]


Prezident İlham Əliyev Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə çıxarılması münasibətilə xalqımızı təbrik edib. Dövlət başçısı bildirib ki, bu, ölkəmizin həyatında çox əlamətdar və tarixi bir gündür: "Bu gün birinci Azərbaycan telekommunikasiya peyki orbitə çıxarıldı. Bu tarixi hadisə münasibətilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bu, doğrudan da tarixi bir gündür, böyük nailiyyətdir, dövlətimizin böyük qələbəsidir. Bu hadisə onu göstərir ki, müstəqil Azərbaycan dövləti sürətlə, hərtərəfli inkişaf edir və biz artıq kosmik klubun üzvüyük". İlham Əliyev qeyd edib ki, Azərbaycanda gələcəkdə də yeni peyklərin orbitə çıxarılması istiqamətində fəal işləyir və buna nail olacaq: " 2015-ci, 2016-cı illərdə əlavə iki peyk orbitə buraxılacaq və artıq Azərbaycanda kosmik sənayenin inkişafı üçün çox gözəl imkanlar yaranacaq. İnformasiya-kommunikasiya texnologiyalarının inkişafı bizim uğurlu gələcəyimizi müəyyən edəcək, təmin edəcək. İnformasiya-kommunikasiya texnologiyaları sahəsi həm bilik, zəka, intellekt, eyni zamanda, biznes sahəsidir. Peykin fəaliyyəti nəticəsində Azərbaycan dövləti, eyni zamanda, maliyyə məsələlərini həll edəcək. Yəni, bu peykin fəaliyyəti iqtisadi cəhətdən də səmərəli olacaq". Prezident qeyd edib ki, 8 fevral 2013-cü il Azərbaycan tarixində qalacaq: "Əminəm ki, bundan sonrakı illərdə bu sahədə daha da böyük uğurlar əldə ediləcək. Əziz həmvətənlər, sizi bu tarixi hadisə münasibətilə bir daha ürəkdən təbrik edirəm. Eşq olsun Azərbaycana!".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA