ATƏT ilqar Məmmədovla Tofiq Yaqublunun həbsindən narahatdır

img

06-02-2013 [01:30]


ATƏT-in Bakı ofisi İlqar Məmmədovla Tofiq Yaqublunun həbsindən narahatdır. ATƏT-in Bakı ofisindən belə deyiblər. ?ATƏT-in Bakı Ofisi yüksək səviyyəli siyasi fiqurların tutulması ilə bağlı narahatlığını bildirir. Biz ümid edirik ki, davam edən istintaq və qarşıdan gələn məhkəmə ədalətli və şəffaf şəkildə keçiriləcək və bu proseslər demokratik islahatlara mənfi təsir göstərməyəcək. ATƏT-in Bakı Ofisi inanır ki, bu yaxınlarda İsmayıllıda baş vermiş iğtişaşlara cavabın ən effektiv yolu məhz dialoq və əsaslı islahatlardır?. Ofis ATƏT öhdəliklərinin yerinə yetirilməsində Azərbaycan hökuməti və vətəndaş cəmiyyətinə dəstəyini davam etdirməyə hazır olduğunu bildirir. Fevralın 4-də REAL lideri İlqar Məmmədovla Müsavat başqanının müavini Tofiq Yaqublu haqqında 2 aylıq həbs-qətimkan tədbiri seçilib. İsmayıllı hadisələrinə görə həbs edilən hər iki şəxs Cinayət Məcəlləsinin 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət və ya zor tətbiq etmə) maddələri ilə təqsirləndirilirlər. Hər iki şəxs özlərini təqsirli saymır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA