Tofiq Yaqublu 2 aylıq həbs olundu - Yenilənib

img

04-02-2013 [05:01]


Müsavat başqanının müavini Tofiq Yaqublu Cinayət Məcəlləsinin 233-cü maddəsi ilə ittiham olunur. Bu sözləri ?Qafqazinfo? ya açıqlamasında Müsavat başqanının müavini Yeganə Hacıyeva bildirib. Onun sözlərinə görə, hazırda Nəsimi rayon məhkəməsində Tofiq Yaqublunun işinə baxılır. Onun barəsində iki aylıq həbs qətimkan tədbirninin seçiləcəyi gözlənilir. Qeyd edək ki, Tofiq Yaqublu və REAL sədri İlqar Məmmədov yanvarın 24-də İsmayıllıda əhalini iğtişaşlarda iştirak eməyə çağırmaqda ittiham olunurlar. Xatırladaq ki, 233-cü maddədə qeyd olunur. İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə. İctimai qaydanı kobud surətdə pozan və ya hakimiyyət nümayəndəsinin qanuni tələblərinə tabe olmamaqla əlaqədar olan, yaxud nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin pozulmasına səbəb olan hərəkətlərin bir qrup şəxs tərəfindən törədilməsini təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə? ? beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya eyni müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. *** Artıq Nəsimi rayon məhkəməsində Tofiq Yaqubluya hökm oxunub. Onun barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA