AIDP sədri: "Bu, hakimiyyət daxili qruplazmaların oyunlarından biridir"

img

04-02-2013 [02:24]


?Əkrəm Əylislinin yazdığı ?Daş yuxular? əsəri islamçı demokratlar tərəfindən də təəssüflə qarşılanıb. Həmin əsərdə bizi qane etməyən xeyli məqam var?. Bu fikri Azərbaycan İslam Demokrat Partiyasının sədri Tahir Abbaslı deyib. Əsərlə bağlı şəxsi mövqeyinin də mənfi oludğunu deyən AİDP sədrinin sözlərinə görə, bununla belə məsələnin şişirdilməsinin tərəfdarı deyil: ?Fikrimcə bu, hakimiyyət daxili qruplaşmaların oyunlarından biridir. Kimlərsə bunu təşkil edib. Təbii ki hakimiyyətdə təmsil olunanalar bunu yaxşı bilir. Görünən odur ki, digər qüvvə də bundan öz xeyirinə istifadə etməyə çalışır. Amma nəticə acınacaqlıdır. Erməni təbliğat maşınının əlinə əməlli-başılı fürsət verilib?. AİDP sədri deyir ki, ermənilər bu kartdan yararlanacaqlar və əvvəllər də yararlanıblar: ?Əslində kampaniyaya ehtiyac yox idi. Bəllidir ki, bir məqama diqqət göstərəndə hamının marağına səbəb olur və lazımsız bir məsələ ajiotaja çevrilir. Əslində diqqət etməməklə bizə lazım olmayan məsələni gözdən salmaq olaradı. İndi isə ermənilər bu ajiotajdan daha çox yararlanacaq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA