Fəttah Heydərov komitə rəhbəri oldu

img

02-02-2013 [08:58]


Bu gün Azərbaycan Ağsaqqallar Şurası İdarə Heyətinin iclası keçirilib. Şuradan verilən məlumata görə, iclasda Şuranın növbədənkənar qurultayının keçirilməsi ilə bağlı məsələlər müzakirə edilib, Ağsaqqallar Şurası sədrinin müavini Fəttah Heydərovun rəhbərliyi altında Təşkilat Komitəsi yaradılıb. Təşkilat Komitəsinə fevral ayının birinci ongünlüyündə Ağsaqqallar Şurasının bütün şəhər və rayon təşkilatlarında konfransların keçirilməsinin və qurultaya nümayəndələrin seçilməsinin təmin edilməsi həvalə olunub. İclasda Şuranın VI qurultayının 2013-cü il fevral ayının 16-da Bakı şəhərində keçirilməsi qərara alınıb. Növbədənkənar qurultayda ötən dövr ərzində qurumun fəaliyyəti ilə bağlı Ağsaqqallar Şurasının və Nəzarət-Təftiş Komissiyasının hesabatlarının dinlənilməsi, rəhbər orqanların seçilməsi, Nizamnaməyə əlavə və dəyişikliklərin edilməsi nəzərdə tutulur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA