Sərdar Cəlaloğlu Ərdoğana məktub yazıb

img

01-02-2013 [05:49]


ADP sədri Sərdar Cəlaloğlu Türkiyə Cümhuriyyətinin Baş naziri və AKP Başqanı Rəcəb Tayyub Ərdoğana məktub yazıb. Partiyadan bildirlib ki, məktubda Azərbaycanda demokratikləşmə, insan hüquq və azadlıqlarının qorunması, seçkilərin nəticələrinin obyektiv dəyərləndirilməsi, Azərbaycanın beynəlxalq öhdəliklərə əməl etməsi məsələsində qardaş Türkiyədən olan məsul şəxslərin heç də həmişə ədalətli mövqe nümayiş etdirməmələrindən narahatçılıq ifadə olunub. ADP sədri Türkiyə-Azərbaycan arasında strateji əməkdaşlığın inkişaf etməsində Türkiyə Cümhuriyyətinin başbakanı kimi Ərdoğanın xidmətlərini xüsusi olaraq qeyd edib, eyni zamanda hakim partiya olaraq AKP-nin təmsilçilərinin və millət vəkillərinin Azərbaycanda demokratiya sahəsində yaşanan problemlərə bundan sonra daha həssas yanaşacağına və Azərbaycan problemlərinin həllində ədalətli mövqe tutacağına ümid etdiyini bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA