Milli Məclisin yaz sessiyası bazlayıb

img

01-02-2013 [01:14]


Sessiyanın ilk iclasının gündəliyində 12 məsələ var. Milli Məclisin intizam və hesablayıcı komissiyaları yenidən təşkil olunacaq, qanunvericilik işləri planı təsdiqlənəcək. Deputatlar ?Azərbaycan Respublikası Hökuməti və Uruqvay Şərq Respublikası Hökuməti arasında diplomatik, xidməti və ya rəsmi pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı olaraq aradan qaldırılması haqqında? Sazişə və Azərbaycan Respublikasının ?Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında? Konvensiyanın Əlavə Protokoluna qoşulmaq barədə? məsələyə münasibət bildirəcək. İclasda İnzibati Xətalar Məcəlləsinə, ?Ekoloji təmiz kənd təsərrüfatı haqqında?, ?Seleksiya nailiyyətləri haqqında?, ?Ekoloji təhlükəsizlik haqqında?, ?Ətraf mühitin mühafizəsi haqqında?, ?Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında? və ?Patent haqqında? qanunlara dəyişikliklər ediləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA