Əkrəm Əylislinin evinin qarzısında etiraz aksiyası keçirilir

img

31-01-2013 [04:36]


Bakıda xalq yazıçısı Əkrəm Əylislinin evinin qarşısında etiraz aksiyası keçirilir. APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, yazıçının ?Daş yuxular? romanına etiraz əlaməti olaraq Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Təşkilatının üzvləri, bir qrup tələbə Ə. Əylisinin yaşadığı binanın qarşısına toplaşıb. Onlar ?Ölkədən cəhənnəm ol!?, ?Erməniyə niyə uydun?!?, ?Erməni Əkrəm, çıx ölkədən!? və s. şüarlar səsləndirirlər. Aksiya iştirakçıları Ə. Əylislinin şəklini, romanın adı yazılan plakatları yandırıblar. Polis aksiyaya müdaxilə etmir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA