Müxalifət Novxanıda toplandı

img

31-01-2013 [04:29]


Yanvarın 31-də Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin doğum günü münasibətilə İctimai Palata onun doğulduğu Novxanı kəndində, ölkədəki yeganə abidəsinin önündə böyük anım mərasimi təşkil edib. İctimai Palataya daxil olan partiyaların rəhbərləri və fəalları, qurumun üzvləri ilə yanaşı başqa ictimai-siyasi təşkilatların təmsilçiləri, başqa vətəndaşlar qruplar şəklində Rəsulzadənin abidəsi yerləşən parka yürüş edib. Anım mitinqini Musavat partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı aparıb. A.Hacılı mitinq iştirakçılarını Rəsulzadənin doğum günü münasibətilə təbrik etdikdən sonra ilk sözü AXCP sədri Əli Kərimliyə verib. AXCP sədri Rəsulzadənin Azərbaycan xalqının tsaleyində və tarixində oynadığı böyük roldan danışıb, indiki iqtidarın bu tarixi şəxsiyyətə və ümumən Cümhuriyyət qurucularına biganə münasibətini, Cümhuriyyət ideyalarına hörmətsiz davranışını tənqid edib. AXCP sədrindən sonra mərasimdə tarixçi, Rəsulzadə irsinin araşdırıcılarından biri Nəsiman Yaqublu, ACP sədri Sülhəddin Əkbər, KAXCP sədri Mirmahmud Mirəlioğlu, jurnalist Tofiq Türkel, Azadlıq partiyasının sədri Əhməd Oruc çıxış edib. Sonda söz Musavat Partiyasının başqanı İsa Qəmbərə verilib. Yekunda mitinq iştirakçıları Azərbaycan dövlət himnini oxuyub. Bununla da tədbir başa çatıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA