isa Qəmbərin müavini prokurorluğa çağırılıb

img

29-01-2013 [02:20]


Müsavat Partiyasının başqanının müavini Tofiq Yaqublu və REAL hərəkatının sədri İlqar Məmmədov Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağırılıblar. Bu barədə məlumatı Musavat.com-a Tofiq Yaqublu verib. Onun sözlərinə görə, idarədə müstəntiq Nadir Mirzəyev tərəfindən iki saata yaxın dindirilib. İki siyasətçinin istintaqa çağırılmasına səbəb İsmayıllı üsyanı günlərində bu rayona səfər etmələri olub. Tofiq Yaqublu bildirdi ki, yanvarın 24-də İsmayıllıda olub. "Məndə İsmayıllıya niyə getdiyimi soruşurdular. Mən belə başa düşdüm ki, İsmayıllı olaylarını siyasi partiyalarla bağlımaq istəyirlər. Çünki müstəntiq açıq şəkildə bildirdi ki, onlarda mən və İlqar Məmmədovun İsmayıllıda əhalini iğtişaşlara səsləməyimiz barədə məlumatlar var", - Tofiq Yaqublu deyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA