ismayıllıda yeni həbslər var

img

29-01-2013 [02:02]


Yanvarın 28-də İsmayıllı rayon sakini, 47 yaşlı Səftər Ağamalıyev həbs olunub. Bu haqda AzadlıqRadiosuna onun qardaşı Heydər Ağamalıyev məlumat verib. ?Dünən saat 4 radələrində 30-40 nəfər maskalı həyətə soxulub. Evə girənlər də olub. Səftər həmin vaxt yatırmış. İstəyiblər elə mayka ilə aparsınlar. O da hay-küy salıb. Axır geyinib çıxıb. Qardaşım İsmayıllı sakinlərini söyənlərdən birini vurmaqda ittiham olunur. Qardaşım nə edib ki? Gedib deyib ki, niyə camaatı söyürsünüz? İndi onu həbs ediblər. Deyirlər ki, Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində saxlanılır?. Heydər Ağamalıyevin sözlərinə görə, hazırda rayonda mərkəzi yollar avtomobillər üçün bağlıdır. İcra strukturları ətrafında güclü polis nəzarəti var. İsmayıllı rayon polis şöbəsindən yeni tutulanlarla bağlı məlumatsız olduqlarını bildiriblər. Yanvarın 29-da bir qrup ictimaiyyət nümayəndəsi İsmayıllıya səfər edib, saxlananlara qarşı zorakılıq faktlarını araşdıracaq. İsmayıllı hadisələrində saxlananların sayı haqqında müxtəlif rəqəmlər səslənir. Yerli icra orqanlarının nümayəndələri ən çoxu 30 adamın tutulduğunu deyir. Qeyri-rəsmi məlumatlar görə, azı 100 adam saxlanıb. Baş Prokurorluğun mətbuat xidmətindən bildirdilər ki, Respublika Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində soruşdurma aparılır. Saxlananlar haqqında yeni məlumat yayacaqlar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA