Fuad Ələsgərov: "Heç kimə imkan verməyəcəyik ölkəmizi inkizaf istiqamətindən döndərsin"

img

28-01-2013 [02:33]


Son zamanlar Bakıda və İsmayıllı rayonunda bir qrup şəxs ölkəmizdə ictimai-siyasi sabitliyi pozmaqda maraqlı olan qüvvələrin təsiri altına düşərək ictimai asayişi pozmağa, müxtəlif məzmunlu şayiələr yaymaqla insanları çaşdırmağa və cəmiyyətdə qarşıdurma vəziyyəti yaratmağa cəhd göstəriblər. Bunu mətbuata açıqlamasında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov Bakı və İsmayıllı hadisələrinə münasibət bildirərkən deyib. "Bu xuliqanlıq hərəkətləri ilə müşayiət olunan hadisələrin qarşısı qısa müddət ərzində alınıb və ictimai asayiş bərpa edilib. Hüquq mühafizə orqanları hər zaman Azərbaycan dövlətçiliyinin keşiyində durub və bundan sonra da duracaq", - deyə Ələsgərov bildirib. PA rəsmisinin sözlərinə görə, heç kəs unutmamalıdır ki, bu dövlət ulu öndər Heydər Əliyevin misilsiz xidmətləri sayəsində ərsəyə gəlmiş güclü, öz sözünü deməyə, hər cür dağıdıcı qüvvələrin lazımi cavabını verməyə qadir olan bir dövlətdir: "Bu dövlət Heydər Əliyevin bizə qoyub getdiyi yadigardır və biz heç kimə imkan verməyəcəyik ki, hansısa destruktiv qüvvələr ölkəmizi öz inkişaf istiqamətindən döndərsin, xaosa və özbaşnalığa sürükləsin. Xalqımız təlatümlər, xaos və özbaşınalıq dövrünü yaxın tarixində artıq yaşayıb. Xalqımız müdrikdir və o günlərin təkrarlanmasını istəmir. İnsanlar sülh və əmin-amanlıq şəraitində yaşamaq istəyir. Yalnız sabitliyin və təhlükəsizliyin təmin olunduğu şəraitdə ölkəmizin davamlı sosial-iqtisadi inkişafına və yenilənməsinə nail olmaq olar".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA