Musa Quliyev: "Azərbaycanda çoxuzaqlı ailələrə dövlət tərəfindən göstərilən yardımlar ünvanlı xarakter dazıyacaq"

img

28-01-2013 [01:05]


?Azərbaycanda çoxuşaqlı ailələrə dövlət tərəfindən göstərilən yardımlar ünvanlı xarakter daşıyacaq?. Bu fikri Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev deyib. M.Quliyev bildirib ki, 2001-ci ildən başlayaraq sosial müdafiənin güzəşt və imtiyaz sistemindən imtina edilərək ünvanlı sosial müdafiə sisteminə üstünlük verilib. ?Hansı regionda çoxuşaqlı ailələr daha çoxdur, harada ailələrin sosial vəziyyəti daha aşağıdır, onlara əlavə güzəştlər, yardımlar göstərmək olar. Elə çoxuşaqlaı ailə ola bilər ki, onların maddi vəziyyəti çox yaxşı olsun. Belə ailələrə əlavə yardımlar göstərilməsinə ehtiyac yoxdur. İstər çox uşaq oldu, istər az, adambaşına düşən ailənin gəliri yaşayış minimumundan aşağıdırsa, ünvanlı sosial yardım veriləcək? - komitə sədrinin müavini qeyd edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA