Ərtoğrul Sağlamdan gözlənilməz istefa qərarı

img

28-01-2013 [10:01]


Türkiyənin futbol üzrə Superliqasında dünən ?İstanbul Büyükşehir Belediyesipor?a 4:1 hesabı ilə məğlub olan ?Bursaspor? klubunun baş məşqçisi Ertuğrul Sağlam istefa verib. Mia.az Ntvspor-a istinadən xəbər verir ki, "Trobzonspor"un təcrübəli məşqçisi Şenol Günəşdən az sonra "Bursa"nın baş məşqçisi Sağlam da məğlubiyyətdən sonra azarkeşlərin komandanı etirazlarla qarşılaşmasını qəbul etməyərək istefa qərarını açıqlayıb. Xəbərə görə, klub rəhbərliyi təcrübəli məşqçini yola gətirməyə çalışır. Ertuğrul Sağlamın bu gün günorta mətbuat konfransı keçirəcəyi bildirilir. O, bu gün klub prezidenti İbrahim Yazıçı ilə görüşəcək, ardınca isə son qərarını açıqlayacaq. Onu da qeyd edək ki, sabah Türkiyə kuboku çərçivəsində sabah ?Trabzonspor?la qarşılaşacaq ?Bursaspor? bu gün Trabzona yola düşəcək. Komandanı səfər oyununa məşqçi Mutlu Topçu aparacaq. Hər iki komandanın oyunçuları şok istefalarla başsız oyuna çıxacaqlar.

Digər xəbərlər
SON XƏBƏRLƏR
19:16 10.03.2026

İsrafçılıq və ehtiyac

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA