"Real"dan Ronaldoya yeni pul təklifi gəldi

img

03-01-2013 [10:27]


"Real" (Madrid) klubunun rəhbərliyi Kriştiano Ronaldonu komandada saxlamaqda israrlıdır. Bu məqsədlə rəhbərlik portuqaliyalı futbolçuya əvvəlcə ilinə 15 milyon avro təklif edib. Hazırda "Real"da ilinə 12 milyon avro qazanan Ronaldo bu rəqəmlə razılaşmayıb. Belədə Madrid təmsilçisi məbləği bir qədər də artıraraq 18 milyon avroya çatdırıb. 27 yaşlı futbolçunun bu təklifi qəbul edəcəyi gözlənilir. Lakin rəhbərlik Ronaldonun komandada qalacağı təqdirdə klubun digər futbolçusu Kakanın illik gəlirində (10 milyon avro) endirimə gedəcəyini açıqlayıb. Qeyd edək ki, daha öncə "Real"da xoşbəxt olmadığını dilə gətirən Ronaldonun yenidən İngiltərə Premyer Liqasına qayıdacağı iddia olunur.

Digər xəbərlər
SON XƏBƏRLƏR
19:16 10.03.2026

İsrafçılıq və ehtiyac

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA