isa Qəmbər Cəlilabadda saxlanıldı; 100-dək müsavatçı həbs olundu- Foto

img

27-01-2013 [05:41]


[/center] Məlumatda o da bildirilir ki, Lənkəranda ?Samovarın yanı? adlanan yerdə polis Astara və Lənkəran müsavatçılarını həbs edib. Partyanın Lənkəran təşkilatının üzvləri Elşad Abbasov, Hikmət Əhmədov, Güloğlan Abbasov, Ağamusa Yaqubov, Muxtar Babayev həbs olunaraq Lənkəran Rayon Polis İdarəsinə aparılıb. Astaradan İsa Qəmbəri qarşılamağa gələn müsavatçı gənclər də saxlanılıblar. Müsavat Partiyasının başqanı İsa Qəmbər olaylı Lənkəran səfəri ilə bağlı Musavat.com saytına eksklüziv açıqlama verib. Başqan deyib ki, Cəlilabadın Göyğəpə postunda onları uzun zaman yoxlayandan sonra, nəhayət onun və daha iki müşayiətçi maşının keçməsinə imkan veriblər. Lakin burada məkrli bir plan olmasından şübhələnilib. Başqanı müşayiət qrupundan ayırıb, qarşıda ona yönəlik hücum təşkil etmək. Bu səbəbdən də, Müsavat başqanı onu müşayiət edən ziyalılarla, partiya və İP rəhbərliyi iə məsləhətləşərək, Bakıya dönmək qərarı verib. Bu qərarını müsavat.com-a izah edən baqan dedi: ?Sübut etdik ki, bizi bölgələrə buraxmayn iqtidarın özüdür, hansısa bölgənin sakinləri deyil. Lənkəranda da artıq həbslər başlayıb. Bu səbəbdən, qərar verdik ki, Bakıya qayıdaq. Lakin məluat almışıq ki, yol boyu yenə də təxribatlar hazırlanır ?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA