Tahir Abbasli: ?Baz verənlər göstəriri ki, dövlətçilik hər an zəxsi maraqlara qurban verilə bilər?

img

26-01-2013 [01:08]


?Quba hadisələri, ardınca video qalmaqalları, indi də İsmayıllı olayı göstərir ki, ölkədə sabitlik pozulub?. Bu fikri AİDP sədri Tahir Abbaslı İsmayıllıda baş. Verən son hadisələr münasibət bildirərkən deyib. AİDP sədri bildirib ki, ola bilsin ki, baş verənlər hakimiyyət daxili qruplaşmaların savaşıdır, amma bütün hallarda bu hadisə ölkənin bir əlllə idarə olunmamasından xəbər verir: ?Bu hadisə təşkil olunmuş bir iş olsa belə ölkədə total sosial narazılıq olmasından, xəbər veriri və yekun olaraq yanlış idarəçiliyin nəticəsidir. İnsanların qəzəbinin motel, maşın yandırma kimi yerə gəlib çıxması buna sübutdur?. T.Abbaslı deyir ki, ölkənin idarəçiliyinin qeyri rəsmi olaraq nazirlərə, icra başçısı olaraq onların yaxınlarına və qardaşlarına həvalə olunması, üstəlik onlara hərtərfli səlahiyyət verilməsi idarəçilikdə ən böyük yanlışlıqdır və bu hakimiyyətin sonunu yaxınlaşdıran amildir: ?Baş verənlər göstəriri ki, bu idarəçilik şəxsi, qrup maraqlarını önəçəkib və dövlətçilik hər an bu marağa qurban verilə bilər və verilir də?. Üstəlik cəzasızlığın hökm sürməsinin ciddi problemlər yaratdığını deyən AİDP sədri hesab edir ki, prezident təcili ciddi tədbirlər görməsə ölkə böyük fəsadlarla üz-üzə qalacaq və sözün əsl mənasında ölkə boyu yanğınlar baş verəcək: ?Bu ölkədə yüzlərələ villa, 100 minlərələ qiyməti olan villalar var?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA