Ədalət Partiyası ABŞ səfirliyi qarzısında aksiya keçirəcək

img

24-01-2013 [03:11]


Ədalət Partiyası Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova məktub ünvanlayıb. Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, məktubda deyilir: - Hörmətli Hacıbala müəllim! Məlum olduğu kimi, 1994-cü il mayın 12-də Azərbaycan Respublikası ilə Ermənistan arasında atəşkəs sazişi imzalandıqdan sonra Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllinə cəhdlər göstərilir. Həmin vaxtdan indiyədək ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə danışıqlar aparılır, lakin 20 il keçməsinə baxmayaraq problemin həllində hər hansı irəliləyiş hiss olunmur. ATƏT və Minsk Qrupunun həmsədr ölkələri ? ABŞ, Fransa və Rusiya Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi üçün nəzərəçarpacaq heç bir iş görməyiblər. Hətta ABŞ və Fransa BMT-də Azərbaycanın ərazi bütövlüyü ilə bağlı keçirilən səsvermədə bitərəf mövqe tuturlar. Bu da onu göstərir ki, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri problemi həll etmək yox, hazırki status-kvonu saxlamaqla Ermənistanın maraqlarını müdafiə etmək siyasəti yürüdürlər. ABŞ-in Dağlıq Qarabağ məsələsində tutduğu qeyri-obyektiv mövqeyə etiraz olaraq Ədalət Partiyası fevralın 1-də saat 12.00-dan 13.00-dək ABŞ-ın Bakıdakı səfirliyinin qarşısında 45 nəfərin iştirak edəcəyi piket keçirməyi planlaşdırır. ?Sərbəst toplaşmaq azadlığı? haqqında Azərbaycan Respublikası Qanununa əsasən piket iştirakçılarının təhlükəsiliyinin təmin olunması üçün müvafiq tədbirlər görməyinizi xahiş edirik. Piket ?Qarabağ?, ?Azadlıq?, ?Demokratiya? şüarları altında keçiriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA