Əli Əliyev: ?Qanunsuzluqlara əl atmalarının bədəli bir gün ödənməli idi və ödənilir?

img

24-01-2013 [01:17]


Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevin İsmayıllı hadisələrinə dair açıqlama verib. Partiya sədri deyib ki, Hakimiyyətin millətimizin ən böyük sərvəti olan Azərbaycan dövləti və dövlətçiliyinə yanaşması, son iyirmi ildə seçilmiş orta əsrlərə xas idarəetmə üsulları, ölkənin ayrı-ayrı bölgələr üzrə yüksək məmurlar arasında nüfuz dairəsinə bölünməsi və istismar olunması, vətəndaşlara rəiyyət münasibətinin bəslənməsi əvvəl-axır belə partlayışlara gətirib çıxarmalı idi: ?Müxtəlif nazirlərin aşkar himayəsi ilə rayonlarda icra başçısı postuna gətirilən şəxslərin və onların yaxın adamlarının harınlayaraq, yerlərdə özlərini hakimi-mütləq kimi aparmalarının, cəzasız qalacaqlarına əmin olaraq hər növ qanunsuzluqlara əl atmalarının bədəli bir gün ödənməli idi və ödənilir. Təbii ki, qanunların işləmədiyi, aşağı-yuxarı vəzifələrin peşəkarlıq yox, region, tayfa və sədaqət prinsipi ilə paylandığı, sivil etiraz çıxışlarına imkan verilmədiyi bir ölkədə xalq özünün cəzalandırmaq hüququndan məhz bu formada istifadə edir. Bir il əvvəl Qubada, ötən həftə ?Binə? Ticarət Mərkəzində, indi isə İsmayıllıda baş verənlər bir daha təsdiqləyir ki, bıçağı öz sümüyündə hiss edən vətəndaşlar hüquqlarının qorunması üçün hər şeyə hazırdırlar və artıq onları zor gücünə müti vəziyyətdə saxlamaq mümkün deyil?. VİP sədri hesab edir ki, Azərbaycanın daxil olduğu çox həssas bir dönəmdə baş verən bu və digər hadisələr ölkə hakimiyyəti üçün ciddi siqnal olmalıdır: ?Hakimiyyət başa düşməlidir ki, dünyanın sürətlə dəyişdiyi bir zamanda ölkəni belə yolverilməz metodlarla idarə etmək artıq nəinki mümkün deyil, hətta bu cəhdlər Dövlət və Millət üçün təhlükəli gəlişmələrə zəmin yaradır. Ona görə də, nə qədər ki gec deyil, ölkə rəhbərliyi siyasi iradə göstərərək, real və köklü dəyişikliklərə qərar verməlidir. Əks halda, baş verə biləcək aruolunmaz hadisələr hakimiyyət, xüsusilə də, dövlət üçün yaxşı heç nə vəd etmir. Eyni zamanda, İsmayıllı hadisələri ölkə müxalifətinin hələ də pərakəndə vəziyyətdə qalmasının nə dərəcədə ciddi qüsur olduğunu növbəti dəfə təsdiqlədi. Əsas müxalifət qüvvələrinin ölkənin mühüm dönəmində belə birləşə bilməməsi onun narazı xalqın önündə getməsinə deyil, arxasınca sürünməsinə səbəb olub. Bu üzdən, bir daha müxalifətin əsas qüvvələrinə üz tutaraq, daralmış zaman kəsimində vaxt itkisinə yol vermədən bir araya gəlmək istiqamətində təcili müzakirələrə başlamağa çağırıram?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA