isa Qəmbər ?Binə? həbslərinə sərt təpki göstərdi

img

23-01-2013 [12:07]


Müsavat Partiyasının başqanı İsa Qəmbər ?Binə üsyanı?na sosial şəbəkələrdən növbəti dəfə münasibət bildirib və hakimiyyətə mesaj ünvanlayıb. Musavat.com-un məlumatına görə, İsa Qəmbər Twitter hesabından #binedenelinicek! heştegi (??Binə?dən əlini çək!?) yaradıb. Twitter istifadəçiləri bu heşteg vasitəsilə Binə ticarət mərkəzi ətrafında baş verənlərə münasibət bildirmək, üsyançı tacirlərə dəstək vermək imkanı qazanacaqlar. Xatırladaq ki, yanvarın 19-da ?Binə? ticarət mərkəzində sahibkarlar onlardan əlavə ödənişlər tələb edilməsinə qarşı üsyan qaldırıblar. Etiraz aksiyası toqquşmalarla müşayiət olunub. Aksiya zamanı həbs olunanlar olub və onlar barəsində həbs qərarı çıxarılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA