Azərbaycanın iki deputatı ağır avtomobil qəzasına düzdü; Ölən var

img

23-01-2013 [11:35]


Deputat Aydın Mirzəzadə yol qəzası törədib. Yayılan məlumatlara görə, Bakı-Astara yolunun 72-ci km-də (Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində) yolu keçmək istəyən piyada qadını vurub. Bu zaman A.Mirzəzadənin yanında deputat Elman Məmmədov da olub. Qəza tərədən 10 TD 199 dövlət nömrə nişanlı, ?Honda Accord? markalı maşında sükan arxasında millət vəkilinin sürücüsü olub. Hadisə baş verdikdən sonra millət vəkilinin yanındakı şəxslərin, o cümlədən millət vəkili Elman Məmmədovun səfəri yarımçıq qoyaraq, Bakıya qayıtdığı xəbər verilir. A.Mirzəzadə isə hadisə yerində qalaraq yol polisi əməkdaşlarını gözləyib. Hadisəni millət vəkili Elman Məmmədov faktı təsdiqləyib. Elman Məmmədov deyib ki, onlar səhər çağı Goranboy rayonunun Ağcəkənd kəndi istiqamətində hərəkət edirmişlər, oradan isə Ağdama gedəcəkmişlər. Səfərin məqsədi müəyyən tədbirlərdə iştirak etmək olub. Deputat deyib ki, o, Aydın Mirzəzadə ilə avtomobilin arxa oturacağında oturub. Avtomobili isə Aydın Mirzəzadənin sürücüsü idarə edib. Gözlənilmədən yol qəzası baş verib. E.Məmmədov onu da qeyd edib ki, hadisə zamanı onlar xəsarət almayıblar, lakin baş verən qəza ölümlə nəticələnib. Qəzada həlak olanın kimliyi haqqında isə deputat məlumatsız olduğunu əlavə edib(simsar.az). *** Aydın Mirzəzadənin avtomobili tərəfindən törədilən yol qəzasında ölən şəxsin kimliyi bəlli olub. Hüquq-mühafizə orqanlarından ?Qafqazinfo?ya verilən məlumata görə, həmin şəxs 1955-ci il təvəllüdlü Cavadova Maria Hidayətovna olub. Məlumata görə mərhumə Lökbatan qəsəbəsində yaşayırmış. O, Qobustan qəsəbəsində yaşayan anasına baş çəkmək üçün gedib və gecə onlarda qalıb. Səhər isə qayıdarkən məlum qəza baş verib. Onun ailəsinin baş verən qəza ilə bağlı şikayətçi olmadığı bildirilir. Hadisədə deputatın sürücüsünün və ya piyadanın günahkar olması ilə bağlı hələlik hər hansı versiya irəli sürmək mümkün deyil. Məlumata görə bunu müəyyənləşdirmək üçün avtomobilin texniki ekspertizası keçiriləcək. Hadisəni törədən millət vəkilinin sürücüsü Qocayev Faiq Əşrəf oğlu isə saxlanılmayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA