Elzad Abdullayevin yaydığı yeni video silindi; Arzu Kazımov videoda generalı nizan verir

img

20-01-2013 [04:43]


Elşad Abdullayevin Arzu Kazımov, Mahir Abdullayevin qaynatası, Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAC) baş direktoru olmuş "Şöhrət" ordenli əməkdar jurnalist Şamil Şahməmmədovun iştirakı ilə yaydığı yeni video görüntü bu gün YouTube ?dən silinib. Amma Vətəninfo.az saytı Elşad Abdullayevin yeni videosundakı bəzi dialoqun stenoqramını dərc edib. Mia.az sözügedən sayta istinadən həmin dialoqu dərc edir: [b]Elşad Abdullayev:[/b] - Şamil müəllim Arzu müəllim bizim qardaşımızdı və mən ondan bu məsələdə kömək etməsini istıəmişəm. Sağ olsun, o da bizə bir qardaş olaraq kömək edir. [b]Şamil Şahməmmədov:[/b] - Siz neçə müddətdi mənə deyirsiniz ki, Mahir bu gün gələcək, sabah gələcək. Elşad, sən demədin ki, Arzu deyir bir-iki günə qayıdacaq? Arzu müəllim isə elə danışır ki, bu məsələlərdən xəbərsizdi. [b]Arzu Kazımov:[/b] - Şamil müəllim, mən elə bir söz deməmişəm. Zahid Dünyamalıyev Elşada deyib. Mən kiməm ki, hüquq-mühafizə orqanlarında işləmirəm, hər hansı bir vəzifəm yoxdu. [b]Şamil Şahməmmədov:[/b] - Onda siz bu məsələdə nə rol alırsınız? [b]Arzu Kazımov:[/b] - Mən Elşad müəllimin istəyi və xahişinə görə sizə kömək etmək istədim. [b]Elşad Abdullayev:[/b] - Şamil müəllim, Arzu müəllim düz deyir, mən nə bilirəmsə, o da onu bilir. Onun nə günahı var. Siz narahat olmayın, Zahid Dünyamalıyev dedi ki, bir-iki günə Mahir sağ-salamat gəlib çıxacaq. [b]Şamil Şahməmməmmədov:[/b] - Belədisə, o zaman mən prezidentin qəbuluna düşüm, ondan xahiş edim ki, bu məsələdə mənə kömək eləsin. Ramil Usubova tapşırsın, tez bir zamanda bu məsələ öz həllin tapsın. [b]Arzu kazımov:[/b] - Buyurun edin. Bu gözəl bir addım olar. [b]Şamil Şahməmmədov:[/b] - Onda siz burda nəyə lazımsınız? Mənə deyirsiniz, get, müraciət elə? [b]Arzu Kazımov:[/b] - Siz dediniz, mən də sizə dəstək verdim. Mən bir daha deyirəm, burda ona görə varam ki, Elşadla haqqı-salamım var. [b]Şamil Şahməmmədov:[/b] - Mən sizin kim olduğunuzu, nə işlər gördüyünüzü bilirəm. Qocalıb deyə, hesab edirsiniz, mən çox şeyi bilmirəm? [b]Arzu Kazımov:[/b] - Mənim haqqımda nə bilirsiniz ki, şükür allaha, heç kəsin qarşısında gözüm kölgəli deyil. Bu günə kimi də allah özü gözəl bilir ki, hamıya yaxşılıq eləmişəm. Siz dediniz ki, bəlkə prezidentə müraciət edim. Mən də bu günə qədər əldə etdiyiniz titulları diqqətə alaraq, sizin müraciət etmənizin işin gedişatına mühüm təsir edə biləcəyini diqqətə alaraq, edin dedim. Sizin məsələni başqa yerə yozmanızı başa düşmək olmur. Mən nə bu işin içindəyəm, nə də alış-verişinizdən xəbərim var. Mən sadəcə olaraq, bir daha deyirəm Elşadın xatirinə, Elşadın xahişi ilə sizə kömək etmək istədim bu qədər. Təssəüf ki, video görüntü silindiyindən sonrakı danışıqlardan xəbər vermək mümkün olmayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA