Binə Ticarət Mərkəzində aksiya; polis etirazçılara güllə atdı(yenilənib)

img

19-01-2013 [12:46]


Daxili İşlər Nazirliyi mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov deyir ki, hazırda Qaradağ rayon Polis İdarəsinin əməkdaşları hadisə yerindədirlər və aksiyaçılarla profilaktik iş aparılır: ?Bir qrup sahibkar yolun kənarına toplaşıb. Qaradağ rayon Polis İdarəsinin əməkdaşları da hadisə yerindədirlər. Heç bir rezin güllələrdən də söhbət gedə bilməz. Bu barədə deyilənlər yalandır?. Aksiyanın dağıdılmasında rezin güllələrdən istifadə olunduğu bildirilir. ?Sədərək? Ticarət Mərkəzindəki satıcıların da aksiyaya qoşulduğu barədə məlumatlar var. *** Satıcılar Salyan-Astara yolunu bağlayıb. Qarşıdurma var. Əraziyə Çevik Polis Alayı cəlb edilib. Jurnalistlərin ərazidə çəkiliş aparmasına imkan verilmir. ​​XƏSARƏT ALANLAR VAR ?Binə? Ticarət Mərkəzinin satıcıları Bakıya yürüş edir. Polislə qarşıdurma var. Aksiyaçılar və polislər arasında xəsarət alanlar var. Binə Ticarət Mərkəzində ticarətlə məşğul olan sahibkarlar aksiya keçirirlər. Sahibkarlardan biri bildirib ki, bu gün mağazaları açmayıblar. Onlar ticarət mərkəzinin rəhbərliyi tərəfindən əlavə ödənişlərin tətbiqinə etiraz olaraq bu addımı atıblar. Hazırda ticarət mərkəzinin rəhbərliyi mağaza sahibləri ilə danışıq aparır. APA-nın hadisə yerində olan əməkdaşı isə bildirib ki, Binə Ticarət Mərkəzinə gedən magistral yolun Şıx qəsəbəsi ərazisindən keçən hissəsi polis qüvvələri tərəfindən nəzarətə götürülüb. Avtomobillərin ticarət mərkəzi istiqamətinə hərəkəti məhdudlaşdırılıb. Polis əməkdaşları bildiriblər ki, bu addım təhlükəsizlik məqsədi daşıyır. Hazırda aksiya iştirakçıları Bakının mərkəzinə doğru yürüş etməyə cəhd göstərirlər. Ticarət Mərkəzinin rəhbəri Kəbirə Məmmədova da hadisə yerinə gəlib. O, aksiya keçirənlərlə danışıqlar aparır. Binə Ticarət Mərkəzində ticarətlə məşğul olan sahibkarlar aksiya keçirdiyi əraziyə əlavə polis qüvvələri cəlb olunub. Polis aksiya iştirakçılarına dağılmaq barədə xəbərdarlıq edib. Lakin aksiyaçılar xəbərdarlığa qulaq asmayaraq polis əməkdaşlarına daş və müxtəlif əşyalar atmağa başlayıblar. Polis aksiyanı dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib. Aksiya iştirakçıları arasında saxlanılanların olduğu bildirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA