Rüstəm ibrahimbəyov: "Mən vahid namizəd olmayacağam"

img

18-01-2013 [12:09]


Azərbaycan Ziyalılar Forumunun həmtəsisçisi, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyov "Amerikanın Səsi"nə "Skype"la müsahibəsində Vergilər Nazirliyində açılmış cinayət işi, yeni yaradılmış hərəkat, prezident seçkiləri, hakimiyyətin təzyiqləri və islahatların modelindən danışıb. O, prezidentliyə vahid namizəd məsələsinə münasibət bildirib: ?Siz vahid namizəd ola bilərsinizmi?? sualına cavab verib. Cənab İbrahimbəyov bundan sonra da bəyanatlarını açıq şəkildə verəcəyini bildirib. Müsahibədən seçmələr: ?Mənim 73 yaşım var. Çalışmışam həyatımı elə keçirim ki, camaatın qarşısına açıq üzlə çıxa bilim. Bu yolla da gedəcəm?; - ?Vahid namizəd vacibdir, amma vahid proqram ondan da vacidbdir?; - ?Bizim təşəbbüsümüzlə Azərbaycanda yeni hərəkat yaranır. Onun adını şərti olaraq ?Üçüncü qüvvə? qoyuruq?; ?Biz çalışacağıq ki, Milli Şura kimi yeni bir orqan yaradaq və orada bütün demokratik, proqressiv qüvvələri yığaq. Bu, müxalifət partiyalarının, QHT-lərin, görkəmli ziyalıların təmsil olunduğu 50 nəfərlik Milli Şura olacaq. Şura prezidentliyə vahid namizədi müəyyən edəcək. Belə fikir var ki, irəli sürülən vahid namizəd uzun müddətli prezident olmasın, keçid dövrününü prezidenti olsun. Bu bir-iki illik keçid dövründəkı ölkədə mühüm islahatlar aparılmalı, yeni parlament seçilməlidir. Bundan sonra yenidən dünya səviyyəsində demokratik prezident seçkiləri keçirilməlidir. Keçid dövrünün prezidenti yenidən namizədliyini irəli sürməməlidir?; ?Mən prezidentliyə namizəd olmayacağam. Ziyalılar Forumu burada iştirak etməyəcək, yalnız dəstək verəcək. Biz siyasətdə iştirak edirik, amma siyasi iddialarımız yoxdur ?; - ?Vergilər Nazirliyinin qaldırdığı cinayət işi süni ittihamdır. Ortada sənədlər var?; - ?Milyarderlər Klubu? işləyəcək. Bu klubu ləğv etmək qeyri-mümkündür?; - ?Hazırda konkret ad çəkə bilmərəm. Ümidvaram ki, Milli Şura tərəfindən irəli sürülən, demokratik qüvvələrin dəstəklədiyi vahid namizəd seçkiləri udacaq?;

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA