Milli Məclisin yaz sessiyası fevralın 1-dən öz izinə bazlayır

img

15-01-2013 [12:25]


Fevralın 1-də Milli Məclisin yaz sessiyası öz işinə başlayacaq. Milli Məclisin mətbuat xidmətindən verilən məlumata görə, yanvarın 15-də Milli Məclisin deputatlarının qış istirahəti başa çatır. Daxili nizamnaməyə əsasən həmin gündən parlamentin komitələri işə başlayır. Fevralın 1-dək komitələr yaz sessiyasında müzakirəyə çıxarılacaq qanun layihələrini nəzərdən keçirəcək, məqsədəuyğun hesab edilən sənədləri Milli Məclisin müzakirəsinə tövsiyə edəcəklər. Yaz sessiyasında bir sıra qanunların qəbulu gözlənilir. Konstitusiyaya uyğun olaraq parlamentin yaz sessiyasının beşinci iclasında Nazirlər Kabinetinin 2012-ci ildəki fəaliyyətinə dair hesabatı dinləniləcək. Daxili nizamnaməyə görə, yaz sessiyası may ayının sonunda başa çatır. Amma sessiyanın müddətinin uzadılacağı istisna edilmir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA