Fəzail Ağamalı məmurlarla bağlı kompromat açıqlayacaq

img

15-01-2013 [11:01]


Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı məmurların fəaliyyətindən narazıdır. Mətbuata açıqlamasında deputat Azərbaycan hakimiyyətində öz fəaliyyəti ilə ümumilikdə iqtidar adına ləkə gətirən məmurların olduğunu deyib və belə məmurlara qarşı konkret tədbir görülməsinin zamanının çatdığını bildirib. Onun sözlərinə görə, rüşvətxor, korrupsiya əməlinə yol verən məmurların fəaliyyəti ciddi araşdırılmalıdır. AVP sədri özünün bu hadisələrlə bağlı müşahidələr apardığını və zamanı gələndə konkret mövqeyini ortaya qoyacağını, məlumatları konkret faktlar şəklində müvafiq qurumlara təqdim edəcəyini vurğulayıb. Söhbət hansı məmurlardan və nə kimi faktlardan gedir? F.Ağamalı söhbətin konkret rüşvətxorluq, korrupsiyadan deyil, məmurlardan və onların öz üzərinə düşən funksiyanın yerinə yetirilməsindən getdiyini deyir: ?Məmur özbaşınalığı var. Müşahidə aparıram, görüm bu qəsdən, düşünülmüş şəkildə aparılır, ya yox. Çünki ölkədə gedən proseslər buna bənzər məsələlərə daha həssas yanaşmağa ehtiyac yaradır. Söhbət Azərbaycan dövlətçiliyində yeri, rolu böyük olan məmurlardan gedir. Hər halda ?JEK" müdirləri haqqında fikir söyləməyəcəm".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA