Aksiya iztirakçıları yeni qanunla 400-600 manat cərimələndilər

img

14-01-2013 [02:56]


Əsgər ölümü ilə bağlı yanvarın 12-də Bakıda keçirilən aksiyada saxlanılan şəxslər cərimələnərək sərbəst buraxılıb. Bu barədə Modern.az-a məhkəmə prosesində iştirak edən gənc fəal Bəxtiyar Hacıyev məlumat verib. Onun sözlərinə görə, məhkəmənin qərarı ilə aksiyada saxlanılan iştirakçılara yeni cərimələr tətbiq olunub. ?Aksiya təşkilatçıları 600 manat cərimələndi. Məndə olan məlumata görə, Müsavatın Gənclər Təşkilatının sədri Tural Abbaslı da 600 manat cərimə olunaraq sərbəst buraxılıb?. Aksiyanin digət təşkilatçısı AXCP Gənclər Təşkilatının sədri Əbülfəz Qurbanlı isə 500 manat məbləğində cərimələnib. Saxlanılan digər müxalifətçilər Məmməd İbrahim (partiya sədrinin müşaviri), Təzəxan Mirələmli (Cəlilabad rayon şöbə sədri), Babək Həsənov (Ali Məclis üzvü), ?Azad gənclik? təşkilatının rəhbəri Ülvi Həsənli, NİDA gənclər təşkilatının İdarə Heyətinin üzvü Turqut Qəmbər 500-600 manat civarında cərimələniblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA