Məhkəmə Əli Kərimlinin qohumunu yenə həbsdə saxladı

img

11-01-2013 [02:03]


Bakı Apellyasiya Məhkəməsi ?Texnikabank?ın Yasamal filialının sabiq müdir müavini, AXCP sədri Əli Kərimlinin qayını Elnur Seyidovu ev dustaqlığına buraxmaqdan imtina edib. Vəkil Fəxrəddin Mehdiyev ?Media forum? saytına deyib ki, yanvarın 11-də Bakı Apellyasiya Məhkəməsində Elnur Seyidovun şikayətinə baxılıb: ?Elnur Seyidov barəsində seçilən həbs qətimkan tədbirinin ev dustaqlığına dəyişdirilməsi üçün Səbail Rayon Məhkəməsinə müraciət etmişdik. Amma ötən il dekabrın 29-da məhkəmə vəsatəti təmin etmədi. Bu qərardan apellyasiya şikayəti vermişdik?. Məhkəmə prosesinə təqsirləndirilən şəxsi də gətiriblər. Elnur Seyidov çıxışında deyib ki, özünü günahkar saymır, haqsız yerə həbsdə saxlanır və səhhətində ciddi problemlər var. Fəxrəddin Mehdiyev bildirib ki, müdafiə tərəfinin və təqsirləndirilən şəxsin əsaslı arqumentlərinə baxmayaraq məhkəmə şikayəti təmin etməyib: ?Elnur Seyidov Azərbaycan məhkəmə tarixində yeganə adamdır ki, belə bir ittihamla bir ilə yaxındır istintaq təcridxanasında saxlanılır. Dəfələrlə müraciət etməyimizə baxmayaraq məhkəmələr bu biabırçılığı aradan aldırmır. Hesab edirəm ki, Elnur Seyidovla bağlı baş verənlər Azərbaycanın məhkəmə tarixinə qara ləkə kimi düşəcək?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA