Gövhər Baxzəliyeva: "?Etiraf etmək lazımdır ki..."

img

10-01-2013 [04:40]


?Elm, mədəniyyət, təhsil və digər sahələr daim dövlətin qayğısını hiss edir. Sosial ədalətə yönəlmiş hüquqi mexanizmlərin işlənməsi ölkəmizdə azad vətəndaş cəmiyyətinin qurulması üçün etibarlı bünövrə rolunu oynayır ki, bu da dövlətimiz üçün strateji bir vəzifədir?. Bu fikirləri AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı Gövhər Baxşəliyeva deyib. G.Baxşəliyeva bildirib k, bu vəzifənin yerinə yetirilməsi üçün ziyalılar bundan sonra da əllərindən gələni əsirgəməyəcəklər. ?Etiraf etmək lazımdır ki, bu gün bazar iqtisadiyyatına, özəl sektorun inkişafına alternativ yoxdur. Təbii ki, bütün sahələrdə baş verən inkişaf proseslərində elmi əsaslandırmalar dayanır. Yəni həyata keçirilən hər hansı proqram, layihələr elmi əsaslara söykənir?- deyə, G.Baxşəliyeva vurğulayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA