Hilal Məmmədovun məhkəməsi bazladı

img

09-01-2013 [02:44]


Yanvarın 9-da Bakı Ağır Cinayətlər Məhkəməsində hüquq müdafiəçisi Hilal Məmmədovun işi üzrə proses başlayıb. Vəkil Ramiz Məmmədov ?Media forum? saytına deyib ki, hazırlıq iclasında xeyli vəsatət qaldırıblar: ?Proses yanvarın 10-da davam edəcək. Əsas tələblərimiz həbsin başqa qətimkan tədbirinə dəyişdirilməsi, işin prosessual rəhbərliyi həyata keçirən prokurorluğa qaytarılması, bəzi sübutların siyahıdan çıxarılması, siyahıya yeni sübutların əlavə olunması və işin icraatına xitam verilməsidir. Məhkəmə heyəti vəsatətlərə sabah öz münasibətini bildirəcək?. Prosesə hakim Azər Orucovun sədrlik edir. Hilal Məmmədov 2012-ci il iyunun 21-də tutulub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 283.2.2-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 234.4.3-cü (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama və satma) maddələri ilə təqsirləndirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA