KXCP hakimiyyəti siyasi məhbusları azad etməyə çağırır

img

08-01-2013 [02:20]


Klassik Xalq Cəbhəsi Partiyası İdarə Heyətinin növbəti iclası keçirilib. Toplantıda qərarların icra vəziyyəti, ölkədəki ictimai-siyasi durum və qarşıda duran vəzifələr müzakirə olunub. Müzakirə olunan məsələlərlə bağlı müvafiq qərarlar qəbul edilib. İclasda - 2012-ci ilin 26 dekabrında dövlət başçısı tərəfindən imzalanmış əfv fərmanı müzakirə olunub və bununla bağlı bəyanat qəbul edilib. Bəyanatda deyilir: ?Əfv fərmanı ilə bir qrup günahsız insanların, bəzi siyasi məhbusların azadlığa buraxılması təqdir olunur. Təəssüf ki, əfv fərmanı natamam oldu, bütün siyasi məhbuslara şamil olunmadı. Bu gün, Azərbaycan həbsxanalarında 50-dən çox siyasi məhbus cəza çəkir. Təəssüfləndirici haldır ki, keçmiş deputat Gülər Əhmədova tərəfindən rüşvət almaq ittihamı ilə şərlənən jurnalist Əvəz Zeynallı 15 aydır qanunsuz həbsdə saxlandığı halda, mandat bazarlaşmasında iştirakı sübut olunan şəxs azadlıqdadır. Nemət Pənahlının, Nigar Yaqublunun, İlham Əmiraslanovun, Fuad Hüseynovun, Səid Dadaşbəylinin və başqa şəxslərin qanunsuz həbsdə saxlanması, Azərbaycanda ictimai-siyasi, jurnalist fəaliyyətinə və dini dünyagörüşünə görə insanların azadlıqdan məhrum edilməsini göstərir. KXCP hakimiyyətdən bu gün qanunsuz həbs edilən və həbsdə saxlanılan şəxsləri dərhal azad etməyi tələb edir. İclasda 2013-cü ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 95, Əbülfəz Elçi Bəyin anadan olmasını 75 illiyi ilə bağlı tədbirlər həyata keçirilməsi qərara alınıb. Toplantıda nəqliyyatın intellektual idarəetməsi adı altında dövlət büdcəsinin talan edilməsi pislənilib və hökumətdən rəsmi hesabat tələb olunub. KXCP İdarə Heyəti ABU-nun sabiq rektoru Elşad Abdullayevin son açıqlamalarını müzakirə etmişdir. KXCP Sevinc Babayevanın öldürülməsi, cinayət işində adı keçənlərin vəzifədə saxlanılması və istintaqa cəlb edilməməsini hakimiyyətin kriminallaşmasının təsdiqi hesab edir. KXCP- bütün deyilənləri nəzərə alaraq, istintaqın obyektiv aparılmasını təmin etmək üçün Ramiz Mehdiyevin və Zakir Qaralovun istefasını tələb edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA