Abutalıbov Müsavatı yenə cavabsız qoydu

img

08-01-2013 [02:11]


Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat Partiyasının qurultayla bağlı növbəti müraciətinə də cavab verməyib. Bunu Modern.az-a açıqlamasında Müsavat başqanının müavini Gülağa Aslanlı bildirib. Ötən il qurultaya yer ayrılması üçün Bakı Meriyasına dörd dəfə müraciət edildiyini xatırladaq G.Aslanlı hazırda cavab gözlədiklərini bildirib. ?Qurultayla bağlı biz sonuncu xatırlatmamızı da etmişik. Keçən il Müsavat Partiyası olaraq biz Bakı şəhər İcra Hakimiyyətinə dörd dəfə müraciət eləmişik. Sonuncu dəfə də biz mətbuat vasitəsiylə onlara xatırlatma etdik. Amma hələ də Bakı şəhər İcra Hakimiyyəti bizə heç bir cavab verməyib?. Qeyd edək ki, ötən ilin sonlarında Müsavat Partiyası uzun müddət Türkiyə və Gürcüstan variantları üzərində danışıqlar aparılmasına baxmayaraq bu versiyalardan imtina edərək qurultayın Bakıda keçirilməsi üçün növbəti- dördüncü dəfə Bakı Şəhər İcra Hakimiyyətinnin başçısı Hacıbala Abutalıbova müraciət ünlanlamışdı.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA