Konsul: "Sevinc Babayevanın saxta pasportu olmayıb"

img

29-12-2012 [12:51]


Sevinc Babayevanın meyitinin müayinəsinə başlanılıb. Bu barədə APA-ya açıqlamasında Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalov məlumat verib. Onun sözlərinə görə, bu gün Türkiyə vaxtı ilə saat 09.00-dan S. Babayevanın meyitinin müayinəsinə start verilib: ?Ekspertizada Azərbaycandan Türkiyəyə ezam olunmuş hüquq-mühafizə orqanları əməkdaşları və konsulluğun bir əməkdaşı da iştirak edir. Bu prosesin nə qədər çəkəcəyini deyə bilmərəm. Əgər heç bir problem ortaya çıxmasa təxminən iki günə işlər yekunlaşa və mərhumun meyiti Azərbaycana göndərilə bilər?. H. Zeynalov Türkiyənin bəzi kütləvi informasiya vasitələrində Sevinc Babayevanın üzərində iki ayrı pasport və Məryəm Solmaz adına saxta şəxsiyyət vəsiqəsinin tapılması barədə məlumatların yalan olduğunu vurğulayıb: ?Bu məsələ ilə dəfələrlə maraqlanmışam. Onun üzərində və ya yaşadığı evdə heç bir sənəd aşkar edilməyib?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA