Rəsul Quliyevi çevrilizdə ittiham etmək istəyirlər; Eks-spiker həbsdə olan sabiq nazirlərlə əlaqələndirilir

img

28-12-2012 [04:09]


Azərbycan Milli Məclisinin keçmiş sədri, hazırda ABŞ-da mühacirətdə yaşayan Rəsul Quliyev barəsində 2005-ci ildə ?dövlət çevrilişinə cəhd? ittihamı ilə açılmış cinayət işi ilə bağlı dindirilə bilər. Bu barədə Modern.az-a etibarlı mənbələrdən məlumat daxil olub. Məlumata görə, Baş Prokurorluqda bu işlə bağlı xüsusi komissiya yaradılıb və müvafiq istintaq hərəkətlərini aparmaq üçün lazım olan səlahiyyət verilib. Bunun üçün Baş Prokurorluq ABŞ-ın müvafiq instansiyalarına müraciət edərək R.Quliyevin istintaqa ifadə verməsi üçün kömək göstərilməsini xahiş etməyi planlaşdırır. Qeyd edək ki, 2005-ci ilin oktyabrında Azərbaycanda ?dövlət çevrilişinə? cəhd ittihamı ilə bağlı ?gurultulu həbslər? keçirilib. O zaman siyasi müstəvini lərzəyə gətirən bu işlə bağlı iqtisadi inkşaf naziri Fərhad Əliyev, səhiyyə naziri Əli İnsanov, Prezident Aparatının İşlər idarəsinin müdiri Akif Muradverdiyev, ?Azərkimya?nın prezidenti Fikrət Sadıqov və digər vəzifəli şəxslər həbs olunub. Əsas ittiham isə eks-spiker Rəsul Quliyevlə bağlı idi. İttiham aktına görə, R.Quliyev keçmiş maliyyə naziri Fikrət Yusifovun vasitəçiliyi ilə dövlət çevrilişinin həyata keçirilməsinə görə işdə adı keçən şəxslərə ilkin olaraq 50 min dollar pul verib. O zaman bu iş böyük rezonans doğurdu. Lakin ?dövlət çevrilişinə cəhd? ittihamını sonradan cinayət işindən ayıraraq əlahiddə araşdırmağa başladılar. Fərhad Əliyev və Əli İnsanov və digərlərini ?dövlət əmlakını talama? ittihamı ilə müxtəlif müddətlərə həbs cəzası verildi. Bu işlə bağlı Modern.az-a danışan eks-nazir Fərhad Əliyevin vəkili Elton Quliyev məsələyə münasibətini bildirib. ?2005-ci ildə dövlət çevrilişinə cəhdlə bağlı açılan cinayət işinin taleyi bilinmir. Bu barədə heç bir məlumat verilmir?,-deyən Elton Quliyev bildirib ki, açılan cinayət işi sübuta yetirilməyib. Onun sözlərinə görə, bu cinayət işi ittiham şəklində irəli sürülmüşdü. Odur ki, bu heç cinayət işi deyil. ?Bu barədə məlumatım yoxdur. Həmin cinayət işinin nə yerdə, hansı mərhələdə, nə işlər görülməsi ilə bağlı rəsmi şəkildə müraciət etmişdik. Amma bu barədə heç bir məlumat verilmir. Əgər həmin cinayət işinə xitam verilsəydi, heç olmazsa bizə yazılı cavab verərdilər?. Vəkilin sözlərinə görə, daha sonra həmin iş ayrılıb və ayrı icraatda saxlanılıb. ?Başqa maddələrlə də məlum şəxslər məhkəməyə verildilər. O cinayət işi deyil. Çünki ortada sübut yoxdur. Bu cinayət işinə mülahizələrlə başladılar. Bizim Avropa Məhkəməsinə müraciətlərimizdən biri də ondan ibarət idi ki, ongünlük ittiham veriləndə ağlabatan müddəalardan biri də onun məhkəmədə araşdırılması təmin edilmədi. Üzərindən 8 il keçib amma iş məhkəməyə verilməyib?-deyə E.Quliyev vurğulayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA