Əli Həsənov pulsuz mənzillərin jurnalistlərə hansı kriteriyalarla veriləcəyini açıqladı

img

27-12-2012 [10:16]


Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov jurnalistlərə dövlət hesabına tikilən evin mənzillərinin hansı kriteriyalarla veriləcəyini bildirib. Modern.az saytının məlumatına görə, Əli Həsənov bildirib ki, Bakının Bibiheybət qəsəbəsində inşa edilən 16 mərtəbəli yaşayış binasındakı mənzillər daha çox ehtiyacı olanlara jurnalistlərə və jurnlistikada daha çox xidmət edənlərə veriləcək. Prezident Administrasiyasının rəsmisi sözügedən yaşayış binasının bu ilin ortalarında istifadəyə hazır olacağını bildirib. Qeyd edək ki, 2010-cu il iyulun 22-də Prezident İlham Əliyev mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış evlərinin tikilməsi məqsədi ilə KİV-in İnkişafına Dövlət Dəstəyi Fonduna 5 milyon manat vəsait ayırıb. Bakının Bibiheybət qəsəbəsində kitab formasında tikilən bina iki bloklu 16 mərtəbədən ibarət olacaq. Binada təxminən 150 evsiz jurnalist iki və üçotaqlı təmirli mənzillə təmin olunacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR
08:40 02.02.2026

Dərslər başlayıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA