Əfv sərəncamının icrasına bazlanıldı; Siyasi məhbuslar bu gün evlərində olacaq

img

27-12-2012 [10:48]


Ədliyyə Nazirliyi Penitensiar Xidmət Azərbaycan Prezidenti İlham Əliyevin çərşənbə günü imzaladığı əfv haqqında sərəncamın icrasına başlayıb. Penitensiar Xidmətdən verilən məlumata görə, əfv sərəncamı əsasən azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 87 nəfərə şamil olunub. Onlardan azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslərdən 79-u cəzanın çəkilməmiş hissəsindən, 4 nəfər islah işləri cəzasının çəkilməmiş hissəsindən, 4 nəfər isə cərimə cəzasından azad edilib. Hazırda əfv fərmanın icrasını 3 qrup həyata keçirir. Əfv fərmanının icrasında Ombudsman aparatının, ictimaiyyət, media nümayəndələri iştirak edirlər. Qeyd edək ki, əfv olunanlar arasında jurnalistlər Aydın Canıyev və Anar Bayramlı, hüquq müdafiəçiləri Vidadi İsgəndərov və Taleh Xasməmmədov, müxalifətçi Şahin Həsənov də var. Bundan başqa, əfv olunanlar sırasında İran, Türkiyə, Gürcüstan, Nigeriya və Banqladeş vətəndaşları da var.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA