Arif Hacılı Əli Kərimlini düzmənçilikdə suçladı

img

26-12-2012 [04:05]


?Mənə güllə atılanda güllə səsi eşidilən yerə qədər də gəlməyə cəsarət etməyənlərin İsa Qəmbəri, məni, mənim silahdaşlarımı, o cümlədən, qardaşlarımı bu mövzuda müzakirəyə çıxarmağa haqqı yoxdur?. Bu sözləri Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı Facebook-da yazıb. Onu qəzəbləndirən sosial şəbəkədəki ?Xilas? qrupunda şərhlərdən biridir. Bir istifadəçi müxalifət düşərgəsinin aparıcı simalarını satqınlıqda ifadə edib. Arif Hacılının statusunda deyilir: ?Bir sıra tanınmış AXCP üzvlərinin də bəyəndiyi bu yazılar Əli Kərimlinin birlik mövzusundakı çıxışından sitatlarla yanaşı verililib. Əvvəla, əgər, İsa Qəmbəri, Arif Hacılını, Mirmahmud bəyi, başqalarını ?satqın? adlandırırsınızsa, birlikdən danışmaq nədir? İkincisi Əli Kərimli mənim, qardaşlarımın hansı əlaqələrini aşkar edib. H.Əliyev 1 saylı fərmanı ilə məni Dövlət Müşaviri vəzifəsindən azad edib. Dərhal da parlamentdən kənarlaşdırıb. Bu rejim 20 ildir hər dəfə seçilsəm də, məni parlamentə buraxmır. Tanınmış siyasətçilərdən yeganə adamam ki, bu rejim tərəfindən iki dəfə uzun müddətə, dəfələrlə isə qisa müddətə həbs olunmuşam.Qardaşlarım da həmçinin... Hakimiyyətə qarşı mübarizəyə gəldikdə isə Əli Kərimlinin heç vaxt mənim getdiyim yerə qədər getdiyini görməmişəm. Heç mənə güllə atılanda güllə səsi eşidilən yerə qədər də gəlməyə cəsarət etməyənlərin İsa Qəmbəri, məni, mənim silahdaşlarımı, o cümlədən, qardaşlarımı bu mövzuda müzakirəyə çıxarmağa haqqı yoxdur. Bu müttəfiqlik münasibətləri deyil. Bu düşmənçilik də yox, qəvi düşmənçilik münasibətidir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
08:40 02.02.2026

Dərslər başlayıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA