?Əgər millət vəkili ?mozzenik?lik edirsə...?

img

25-12-2012 [06:11]


[b]Fəzail Ağamalı: ?Milli Məclisin adına ləkə gətirəcək addımlar atılmamalıdır, kənar şəxslərin də deputata qarşı şər-böhtan deməsinə, hörmətsizlik etməsinə rəvac verilməməlidir?[/b] Milli Məclis son plenar iclasını keçirərək payız sessiyasını başa vurub. Bu sessiyada bır sıra yeni qanun layihələri qəbul olunub, bəzilərinə isə əlavə və dəyişikliklər edilib. Milli Məclisin bu dövrdəki fəaliyyəti bir qisim üçün qənaətbəxş hesab olunsa da, müxalifət parlamentin son dövrlərdəki fəaliyyətindən narazıdır. Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı Milli Məclisin fəaliyyətini yüksək qiymətləndirir: - Milli Məclis 2012-ci ilin payız sessiyasını uğurla başa vurub. Qəbul edilən qanun layihələri müzakirəyə çıxarıldı, kifayət qədər peşəkar fikir mübadiləsi aparıldı, bir daha fikir prülarizmi hakim oldu. Eyni zamanda, Azərbaycan cəmiyyətinin bu və ya digər sahələrində mövcud olan problemlər müxtəlif rakurslardan gündəliyə gətirildi. Ona görə də parlamentin payız sessiyasının yekunlarını müsbət dəyərləndirirəm və düşünürəm ki, Milli Məclis üzərinə düşən vəzifəni yerinə yetirdi. [b]- Ancaq bu müddət ərzində Milli Məclisdə qəbul olunan ?Siyasi partiyalar haqqında? Qanun, mitinqlərə görə cərimələrin artırılması narazılıqla qarşılandı. Bu mənada müxalifətin narazılığını əsaslı saymaq olarmı?[/b] - Azərbaycan müxalifətinin radikal adlandırılan qanadı fəaliyyəti dövründə bir dəfə də olsun ölkədə gedən proseslərə müsbət reaksiyasının şahidi olmamışam. Əgər sizdə belə bir fakt varsa, lütfən mənə xatırladın. Ancaq belə bir fakt yoxdur. Onlar sadəcə inkar mövqeyini tuturlar. Əslində, müxalifət cəmiyyətdə gedən müsbət dəyişiklikləri etiraf etməklə yanaşı, çatışmayan cəhətlər üzərində dayanmalı, sağlam tənqidinin söyləməlidir. İmkanı varsa, mövcud problemlərin aradan qaldırılması üçün tövsiyələrini verməlidir. Həmin radikal müxalifət qüvvələrini fəaliyyətinin ancaq bir istiqaməti var, tənqid və inkarçılıq. Mitinqlərə görə cərimələrin artırılmasına gəlincə, öncə onu deyim ki, bu, o halda baş verir ki, cəmiyyəti anarxiyaya doğru aparırlar. Hesab edirəm ki, bu anarxizmin qarşısını almaq üçün inzibati metodlardan istifadə etmək, cinayət tərkibli müddəaların işə düşməsindən yaxşıdır. Əgər kimsə bu inzibati metodlarla üzləşmək istəmirsə, yüksək məbləğdə cərimələnmək istəmirsə, buyurub qeyri-qanuni aksiyalarda iştirak eləməsin. Azərbaycanın reallığına gəldikdə, müxalifətin sosial dayaqları yoxdur. Onlara şəhərə daha yaxın ərazidə aksiya üçün yer verilsə belə, razılaşmayacaqlar. Çünki onlar sosial dayaqlarının olmadığını gizlətmək üçün şəhərin mərkəzi küçələrinə dağılacaqlar. Fəvvarələr meydanına ona görə gedirlər ki, 100-200 adamla səs-küy yaratsınlar, asayişi pozsunlar diqqəti özlərinə cəlb eləsinlər. Bunların anatomiyası bundan ibarətdir. Onu da nəzərə çatdırım ki, həmin qanunda hökmən cərimələnmək məsələsi qoyulmayıb. Qanunda ictimai iş, 15 günlük həbs məsələsi də qoyulub. Hər halda burada heç bir qanun pozuntusu, mürtəce bir şey yoxdur. ABŞ-da, bir sıra Avropa ölkələrində bizdəkindən daha sərt qanunlar mövcuddur. Azərbaycan da anarxiyadan xilas olmaq üçün bu cür qanunlar qəbul etməli idi. Düşünürəm ki, bu qanun ölkədə partiyaların fəaliyyətinin məhdudlaşdırılmasına deyil, anarxist vəziyyəton olmamasına şərait yaradacaq. ?Siyasi partiyalar haqqında? Qanuna əsasən, partiyaların maliyyələşməsinə də eyni münasibət bəslənildi. Amma bu məsələdə onların arqumentləri kifayət qədər zəifdir. Əgər onlar 3 faizi keçsəydilər, ayrılan maliyyə vəsaitinin 10 faizi onlara çatacaqdı, yaxud parlamentə düşsəydilər, öz paylarını alacaqdılar. Məsələ ondadır ki, onlar ?mənə çatmırsa, maraqlarım təmin olumursa, mən dediyim olmursa, bunların hamısı pisdir? prinsipi ilə yanaşanlar bolşevizm əhval-ruhiyyəsini təlqin etmiş olurlar. [b]- Siz, partiyanıza ayrılan vəsaiti yetərli hesab edirsiz?[/b] - Mən də hesab edirəm ki, bu vəsait yetərli deyil. Lakin onu da nəzərə alaq ki, bu, ilk addımdır. Ona görə də bunu müsbət qiymətləndirməliyik. İndi elə etməliyik ki, bu vəsaiti partiyanın daha da inkişaf etdirilməsinə xərcləyək. Təbii ki, mən də bunu böyük məbləğ hesab etmirəm, amma əminəm ki, növbəti illərdə bu vəsaitin həcmi artırılacaq. [b]- Təəssüf hissi ilə demək istəyirəm ki, Milli Məclisə, deputatlara qarşı sayğısız münasibət hələ də davam etməkdədir. Eələ bu sessiya müddətində İTV-nin rəhbəri İsmayıl Ömərov Sizin, bu günlərdə iki aktyor həmkarınız Fazil Mustafanın ünvanına etikadan kınar fikirlər səsləndirdilər. Sizcə, parlamentin və millət vəkilinə niyə belə sayğısızlıqlar edilir?[/b] - Bu, cəmiyyətdə olan ayrı-ayrı insanların öz dövlətinə hörmətsizliyin ifadəsidir. Milli Məclis hakimiyyətin qanunverici qanadıdır və məhz bu qanadın qəbul elədiyi qanunlarla Azərbaycan dövləti idarə olunur. Əgər Azərbaycan vətəndaşı, aktyoru da, jurnalisti də, yüksək rütbəli məmuru da Milli Məclisə, millət vəkilinə bu cür sayğısızlıq göstərirsə, təhqiramiz ifadə işlətməkdən çəkinmirsə, bu, onların faciəsidir, şikəstliyidir və dünyagörüşünün məhdudluğudur. Milli Məclis fərdlərdən ibarətdir. Bu gün həmin kürsüdə oturanlar əbədi deyillər, müəyyən zamandan sonra onları başqaları əvəz edəcək. Ona görə də Milli Məclisidn adına ləkə gətirəcək addımlar atılmamalıdır, eyni zamanda, kənar şəxslərin deputata qarşı şər-böhtan deməsinə, hörmətsizlik etməsinə rəvac verilməməlidir. Kimsə bunlara məhəl qoymayaraq millət vəkilinin ümvanına qeyri-etik firik səsləndirirsə, səviyyəsiz olduğunu göstərir. [b]- Bəs bu gün təhqirə məruz qalan millət vəkilinin hər hansı bir suçu yoxdur?[/b] - Mən demirəm ki, Milli Məclisin deputatlarının hamısı imam övladıdır. Ancaq deputat Milli Məclis səlahiyyətləri çərçivəsində nə edə bilər axı? Onlar qanun yaradıcılığı ilə məşğul olurlar. Deputat su çəkən, işıq yandıran, yol təmir edən deyil. Bunun üçün icra strukturları var, təbii ki, bu sahədə müəyyən nöqsanlar mövcuddur. Ancaq parlamentin üzvləri seçildikləri dairələrdə problemləri görür, müvafiq qurumlar qarşısında məsələ qaldırırsa və həmin qurumlar bu problemlərin həlli istiqamətində lazımı addımlar atmırsa, bu, parlamentiv, yaxud deputatın günahı deyil. Digər tərəfdən, ola bilsin ki, hansısa deputat özlərinin şəxsi işi ilə bağlı aidiyyatı qurumun rəhbərinə müraciət edir. Axı o da insandır, onun da problemləri ola bilər, bu da pis qarşılanmamalıdır. Əgər hansısa millət vəkili ?moşşenik?lik edirsə, ona qarşı sərt tədbirlər görülməlidir. Həmin adamlar həm parlamentdə, həm cəmiyyətdə ifşa olunmalıdır. Çox təəssüf edirəm ki, belə bir hadisə bir müddət öncə ortaya çıxdı. Son hadisələrə qədər belə bir şey yox idi, amma Gülər Əhmədova ilə bağlı yayılan video-material bir faktdır. Onu da deyim ki, bu hadisə Milli Məclisə və onun nüfuzuna çox böyük xələl gətirdi. Ancaq bundan yapışaraq bütövlükdə parlamentin üstünə getmək, orda bütün varlığı ilə dövlətçiliyə xidmət edən insanları da bu ləkənin içinə çəkmək düzgü deyil. Bu gün Gülər Əhmədova kiminləsə nə vaxt nəsə danışıbsa, bunun məsuliyyətini özü daşıyır və bu faktı ümumilikdə Milli Məclisə şamil etmək ədalətsizlikdir. [b]- Fəzail müəllim, qarşıdan 2013-cü il prezident seçkiləri gəlir. Ana Vətən Partiyası seçkilərə hazırlaşırmı?[/b] - Biz partiya olaraq hələ bu ilin əvvəlindən başlamışıq. Rayon təşkilatlarına müvafiq göstərişlər verilib, hansı yerdə durğunluq var idisə, yaranan problemlərin aradan qaldırılması üçün lazımi addımlar atılıb. Mənə belə gəlir ki, Ana Vətən Partiyası qarşıdan gələn prezident seçkilərinə hazırdır. Bundan sonra da çalışacağıq ki, təşkilatlarımızın zəif cəhətini aradan qaldıraq ki, 2013-cü seçkilərinə bütün imkanlarımızla qatıla bilək. Onu da xüsusi vurğulamaq istəyirəm ki, budəfəki seçkilərdə favorit hörmətli prezidentimiz İlham Əliyevdir. Biz partiya olaraq hansı formada seçkilərdə iştirak edəcəyik, bunu qurultay müəyyən edəcək. Şəxsən mənim mövqeyimə gəlincə, hesab edirəm ki, hazırda Azərbaycanın gələcəyi üçün ən uğurlu namizəd İlham Əliyevdir. Bu səbəbdən də onun namizədliyini dəstəklənməsi ən düzgün yoldur. [b]- Ümumiyyətlə, nə gözləyirsiniz, seçki mübarizəsi alternativ şəkildə keçəcəkmi?[/b] - Hazırda görünən odur ki, müxalifətdən də qarşıdan gələn prezident seçkilərində iştirak edənlər olacaq. Artıq İsa Qəmbər namizəd olmaqla bağlı fikrini qəti şəkildə ortaya qoyub. Düzdür, bu gün İsa Qəmbər Əli Kərimlinin tərəfdarları tərəfindən yaylım atəşinə məruz qalıb. Bu, onların öz işləridir. İsa Qəmbərin özü də elə də ciddi gücə malik deyil. Onun da qarşıdan gələn prezident seçkilərində ciddi uğur qazanacağını gözləmirəm. Müxalifətdən olan digər şəxslərin də seçkidə ciddi nəticə əldə edəcəyinə ehtimal vermirəm. Ümumiyyətlə seçkiyə gələnləri 15-20 faizi müxalif mövqedə dayanırlar. Onlar da müxtəlif partiyalara bölündüyü üçün ciddi nətəcə əldə edə bilmirlər. Nə İsa Qəmbər, nə Əli Kərimli, nə də parlamentdə təmsil olunan müxalifət liderlərinin qarşıdan gələn prezident seçkilərində İlham Əliyev üçün ciddi problem yarada bilməyəcəklər. Bu günə kimi İlham Əliyevin yürütdüyü iqitisadi, siyasi, xarici və daxili siyasə bunu deməyə əsas verir. Ona görə də hesab edirəm ki, budəfəki seçkilərdə müxalifətin hər hansı bir şansı yoxdur. Qələbə İlham Əliyev və onun tərəfdarlarının olacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR
08:40 02.02.2026

Dərslər başlayıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA