Fərəc Quliyevin 50 illik yubiley tədbiri keçirilib

img

25-12-2012 [04:05]


stəqilliyə imza atan 43 nəfərdən biri, Konstitusiya Aktını hazırlayan 3 nəfərdən biri, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyevin 50 illik yubiley tədbiri keçirilib. Rəsmi və bədii hissədən ibarət olmaqla ?Xudafərin? şadlıq sarayında keçirilən tədbirə 400-dən yuxarı qonaq qatılıb. Dövlət rəsmiləri, millət vəkilləri, partiya sədrləri, yüksək rütbəli zabitlər, incəsənət ustaları, gənclər və jurnalistlərin qatıldığı tədbirdə Fərəc Quliyevin həyatı və fəaliyyəti, o cümlədən MDHP-nin hesabatı sənədli film şəklində qonaqlara təqdim olunub. Millət vəkilləri Qənirə Paşayeva, Elxan Süleymanov, Əli Məsimli, Qüdrət Həsənquliyev, Əli Hüseynli, Fazil Mustafa, Musa Qasımlı, Yevda Abramov, Novruz Aslan, KİVDF-nin icraçı direktoru Vüqar Səfərli, Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov, general Yəhya Əliyev, polkovnik Telman Mehdiyev və bir sıra dövlət, ictimai-siyasi xadimlər çıxış edərək Fərəc Quliyevə öz təbriklərini çatdırıblar. Tədbirdə Türk dünyasının müxtəlif ölkələrindən təbriklər oxunub və diplomlar, fəxri fərmanlar təqdim olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR
08:40 02.02.2026

Dərslər başlayıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA