Arda Turan "Arsenal"a gedir

img

25-12-2012 [11:25]


"Atletiko" (Madrid) klubunun türkiyəli futbolçusu Arda Turan daha bir komandadan təklif alıb. Xəbərə görə,İngiltərənin "Arsenal" klubu Ardanı transfer etməyi planlaşdırır. Mövsümün əvvəlində Robin Van Persi və Aleksandr Sonqla yollarını ayıran "Arsenal" bu boşluğu Arda ilə doldurmaq niyyətindədir. Lakin Madrid təmsilçisi komandanın aparıcı oyunçusuna çevrilən 25 yaşlı futbolçunu satmaq niyyətində deyil. Türkiyə millisinin futbolçusunun hansı qərar verəcəyi də böyük maraq doğurur. Qeyd edək ki, Arda ilə "Liverpul" və "İnter" klubları da yaxından maraqlanır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
19:16 10.03.2026

İsrafçılıq və ehtiyac

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA