"Fənərbaxça" dərdini Dərdiyokla çözəcək

img

27-12-2012 [08:27]


Avropa Liqasında mübarizəsini davam etdirən Türkiyənin "Fənərbaxça" klubu qışda ilk transferini reallaşdırıb. Artıq "sarı lacivərdli" komanda Bundesliqa təmsilçisi "Hoffenhaym"ın türk əsilli futbolçusu Ərən Dərdiyokla anlaşıb. Həm İsveçrə, həm də Türkiyə vətəndaşlığı olan Dərdiyokun gələn ay İstanbula gedəcəyi bildirilir. Lakin "Fənərbaxça"nın 24 yaşlı futbolçunun transferi üçün Almaniya klubuna nə qədər pul ödəyəcəyi açıqlanmayıb. Qeyd edək ki, bu mövsüm "Hoffenhaym"ın heyətində 13 oyuna çıxan Dərdiyok 1 qol vurmaqla yanaşı, bir məhsuldar ötürmə ilə yadda qalıb(qol.az).

Digər xəbərlər
SON XƏBƏRLƏR
19:16 10.03.2026

İsrafçılıq və ehtiyac

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA